İraqın şimalındakı "Pəncə-Kilid" antiterror əməliyyatında indiyədək 73 terrorçu zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə milli müdafiə nazir Hulusi Akar məlumat verib.
O bildirib ki, türkiyəli hərbçilər üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. “Sərhədlərimiz milli məsələdir. Təəssüf ki, saxta xəbərlərlə, videolarla fərqli rəy yaratmağa çalışırlar”.