Moskvada 9 May paradının hava hissəsi ləğv edilib

A- A A+

Moskvada 9 May Qələbə paradının hava hissəsi ləğv edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Qələbə paradında aviasiyanın keçidinin hava şəraitinə görə ləğv edildiyini söyləyib.

Qeyd edək ki, Qırmızı Meydanda 9 May faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan parad keçirilir. Paradda Rusiya Prezidenti Vladimir Putin və digər dövlət rəsmiləri iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: