ABŞ Konqresinin Nümayəndələr Palatası mayın 10-da Ukraynaya 39,8 milyard dollar həcmində əlavə yardımın ayrılması barədə sənədə razılıq verə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, demokrat-qanunvericilər artıq ABŞ Prezidenti Co Baydenin bu məqsəd üçün 33 milyard dollar ayrılması barədə sorğusunu üstələyən təkliflə razılaşıb. Senat liderləri də qanun layihəsinin prezident tərəfindən mümkün qədər tez imzalanması üçün cəld hərəkət etməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, mayın 9-da Co Bayden Kiyevə hərbi yardım göstərilməsi prosesini asanlaşdırmaq məqsədilə “lend-liz” qanununu imzalayıb. Konqresin saytında dərc olunan sənədə əsasən, bu qanun ABŞ administrasiyasına 2023-cü maliyyə ili ərzində Ukraynaya və Şərqi Avropanın digər ölkələrinə hərbi texnika çatdırmaq hüququ verir.