2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz artaraq 1,3 milyard dollara bərabər olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 392,1 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 29,6 faiz çoxdur”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində Türkiyə 3,612 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.