Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 10-da Türkiyəyə dövlət səfərinə gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçiriləcək.
İki qardaş ölkəni təmsil edən heyətlər arasında keçirilən görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcəklər.