Endi Uorholun əsərlərindən biri olan Merilin Monronun portreti Christie's satış evinin bazar ertəsi günü keçirdiyi hərracda 195,04 milyon dollara satılıb. Bu, Amerika incəsənət əsərləri üçün rekord satış məbləğidir.
NUHÇIXAN İnformasiya Agentliyi ABŞ telekanallarına istinadla xəbər verir ki, Hollivud aktrisasının Shot Sage Blue Marilyn adlı portreti Endi Uorhol tərəfindən 1964-cü ildə, Monronun ölümündən iki il sonra ipək qrafikası metodu ilə yaradılıb və Amerika incəsənətinin simvollarından biri sayılır.
Ekspertlər hərrac öncəsi əsərə 200 milyon dollar qiymət qoymuşdular. Yekun qiymət onların gözləntiləri ilə demək olar, üst-üstə düşüb. Portretə cəmi dörd alıcı iddia edirdi. Sonda erməni əsilli amerikalı art-diler Larri Qaqosyan qalib gəlib.
İncəsənət əsəri uşaqlara kömək etməklə məşğul olan Tomas və Dorris Amman xeyriyyə fondu tərəfindən təqdim olunmuşdu. Portretin satışından əldə edilən bütün vəsait fondun maliyyələşməsinə yönəldiləcək.