Blokadaya alınmış Mariupol şəhərində xəstəliklər və dözülməz şərait səbəbindən ilin sonunadək 10 mindən çox insan həyatını itirə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Mariupolun meri Vadim Boyçenko bildirib.
Onun sözlərinə görə, hazırda şəhərdə 150-170 min insan qalıb. Mer qeyd edib ki, şəhərdə dərman, tibbi yardım, su yoxdur, kanalizasiya yaxşı işləmir. Buna görə də epidemiya yaranması ehtimalı çox böyükdür.
“Bizim insanlar ölüm təhlükəsi ilə qarşı-qarşıyadır. Odur ki, şəhər tam təxliyə olunmalıdır”, - Boyçenko belə deyib.
Mer onu da bildirib ki, Rusiyanın hərbi təcavüzünün başlanğıcından bəri şəhərdə 20 minədək dinc sakin həlak olub.