Çinin “Tibet Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi Çunçin şəhərindəki hava limanında uçmağa hazırlaşarkən zolaqdan çıxıb və alışıb.
NUHÇIXAN İnformasiya Agentliyi Çunçin hava limanının açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:00 radələrində (Bakı vaxti ilə 4:00) baş verib. Nyinqçi şəhərinə uçmalı olan “Airbus A319-100” tipli təyyarədəki 113 sərnişin və 9 heyət üzvü təxliyə edilib. Hadisə nəticəsində yüngül xəsarət alan 40-dan çox sərnişin xəstəxanalara yerləşdirilib.
Yanğın sönürülüb, hazırda təhqiqat aparılır.