Yaxın vaxtlarda Türkiyənin milli hava hücumundan müdafiə (HHM) sistemi olan “SİPER”in yeni sınaqları keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə NTV telekanalına müsahibəsində Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.
Onun sözlərinə görə, Türkiyə həmçinin 2023-cü ildə yerli istehsal olan "Hurjet" döyüş təyyarəsinin ilk uçuşunu reallaşdıracaq.
Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin istehsalı olan "SİPER" Rusiyanın "S-400" və ABŞ-ın "Patriot" HHM sistemlərinin alternativi olacaq. Sistemin 2023-cü ildə ordunun silahlanmasına daxil olacağı gözlənilir.