Türkiyə istehsalı olan "Hurjet" döyüş təyyarəsi ilk uçuşunu gələn il edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.
Onun sözlərinə görə, təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü il milli döyüş təyyarələrimizin anqardan çıxıb ilk uçuşunu həyata keçirəcəyi tarixdir", - İ.Dəmir bildirib.
Bundan əvvəl Dəmir qeyd edib ki, "Hurjet" "Hurjet" xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil F-35 qırıcısını keçəcək.
"Hurjet" Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildən Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. "Hurjet" 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.