PKK/YPG terrorçuları tərəfindən Suriyanın Ayn-El Ərəb bölgəsindən Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, hadisə nəticəsində Türkiyə ordusunun dörd əsgəri və bir mülki vətəndaş yaralanıb.
Cavab atəşi nəticəsində, ilkin məlumata görə, altı terrorçu zərərsizləşdirilib.