PKK nədirsə, YPG də odur. Onlar terror təşkilatıdır. Biz arxalarında kim olursa olsun, terrorla mübarizəmizi davam etdirəcəyik.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Amerika Birləşmiş Ştatları PKK-ya və Suriyanın şimalında olan bütün terror təşkilatlarına maddi və texniki dəstək verərək Türkiyənin bunu etməmək çağırışını cavabsız qoyub.
Bundan əlavə, Prezident Ərdoğan İraqın şimalında “Pençe Kilit” antiterror əməliyyatı nəticəsində 82 terrorçunun məhv edildiyini söyləyib.