Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan vəfat edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BƏƏ WAM agentliyi məlumat yayıb.
O, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Xəlifə bin Zayed Al Nəhyan 2004-cü ildən dövlət başçısı idi.