Dünən Suriyanın şimalından Türkiyə ərazisinə endirilən zərbələrdən sonra başladılan yeni antiterror əməliyyatı nəticəsində türk hərbçiləri 52 terrorçunu zərərsizləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bölgədəki terrorçuların məhv edilməsi prosesi davam edir.