NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan ordusunun generalı Samvel Karapetyana qarşı ittiham irəli sürülüb.
Məlumata görə, cinayət təqibinə səbəb mayın 10-da baş vermiş atışma olub. Karapetyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb, lakin həbs-qətimkan tədbiri kimi yaşadığı yeri tərk etməmək qadağası seçilib.
İstintaq çərçivəsində axtarışlar aparılıb və ekspertiza təyin edilib.
Hazırda təhqiqat aparılır.