Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu vermək təklifini irəli sürüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu təkliflə V.Putin KTMT-nin Moskvada keçirilən sammitində çıxış edib. O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-yə üzv ölkələrlə qarşılıqlı fəaliyyəti artırmaq lazımdır. Bu baxımdan, MDB ölkələrinə KTMT-də müşahidəçi statusu verilməsini müzakirə etmək yerinə düşərdi.
Rusiya Prezidenti həmçinin KTMT liderlərinin görüş çərçivəsində birgə bəyanat imzalayacaqlarını qeyd edib.