“Azovstal” kombinatının ərazisindəki yaralı Ukrayna hərbçilərinin təxliyəsi barədə razılıq əldə olunub
Rusiya və Ukrayna “Azovstal” kombinatının ərazisindəki yaralı hərbçilərin təxliyəsi barədə razılığa gəliblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildiriblər ki, mayın 16-da Mariupol şəhərinin “Azovstal” metallurgiya kombinatında olan Ukrayna hərbçiləri ilə danışıqlar nəticəsində yaralıların ərazidən çıxarılması barədə razılıq əldə edilib.
Hazırda ərazidə sakitlik rejimi elan olunub, humanitar dəhliz açılıb. Yaralılar müalicə üçün Donetskin tibb müəssisələrinə aparılacaqlar.