“Welthungerhilfe” təşkilatı dünyada ehtimal olunan aclıq barədə xəbərdarlıq edib

A- A A+

Ukraynada davam edən hərbi əməliyyatlar təcili olaraq dayandırılmazsa, onlar bütün dünyanı əhatə edən ərzaq fəlakəti ilə nəticələnə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Almaniyada yerləşən “Welthungerhilfe” humanitar təşkilatının rəhbəri Matias Mogge bildirib. Təşkilat xəbərdarlıq edir ki, Misir, Keniya, Cənubi Sudan, Livan kimi bir sıra ölkələr Ukrayna və Rusiyadan olan ərzaq tədarükündən çox asılıdır. Əgər bu tədarük dayandırılarsa, həmin ölkələrin əhalisi aclığa məhkum olacaq.

Matias Mogge bildirib ki, adıçəkilən ölkələr, eləcə də digərləri sifariş olunan həcmin alınmasında artıq çətinlik hiss edirlər. Başqa tədarükçülərdən yeni təcili sifarişlər onlara daha böyük xərclər hesabına başa gəlir. Onlar həmin tədarüklər üçün daha çox vəsait ödəməli olurlar. Mogge əlavə edib ki, hələ müharibə başlanmazdan əvvəl ərzaq məhsullarının qiyməti tarixi maksimuma yüksəlib. “Bu, iqlim dəyişiklikləri ilə, dünyada müharibələr, pandemiya və spekulyasiyalarla bağlı olub. İndi isə həm də Ukraynadakı müharibə ilə”, - deyə Mogge təəssüflə bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: