Türkiyə bizim dəyərli müttəfiqimizdir və onun təhlükəsizliklə bağlı hər hansı narahatlıqları aradan qaldırılmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq öz rəsmi "Twitter" səhifəsində yazıb.
Baş katib paylaşımında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Finlandiya və İsveçin alyansa üzvlüyü barədə müzakirə apardığını bildirib.
"Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə yaxın tərəfdaşlarımız olan Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək qərarları haqqında danışdıq. Türkiyə bizim dəyərli müttəfiqimizdir və onun hər hansı bir təhlükəsizliklə bağlı narahatlığı həll edilməlidir. Biz bu tarixi anda bir yerdə olmalıyıq", - Y.Stoltenberq qeyd edib.
Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacağını bəyan etmişdir.