NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyinin Xarici Ticarət Baş İdarəsi məlumat yayıb.
Bu qərar daxili bazarda qiymətlərin artmasına nəzarət tədbirləri çərçivəsində qəbul edilib.
Hindistan bu ilin mart ayında aparıcı taxıl ixracatçısı olmaq üçün yaxın gələcəkdə ciddi addımlar atacağını bəyan edib. Bununla belə, ölkədə taxıl yetişdirilən ərazilərdə havaların kəskin isti keçməsi daxili bazarda bu məhsulun qıtlığı ilə bağlı narahatlıq yaradıb.
Bu il Hindistanda ötən illə müqayisədə 2,5% çox - 111,3 milyon ton taxıl yığılıb. Hazırda ölkənin anbarlarında nəzərdə tutulandan, təxminən, 2 dəfə çox - 28,3 milyon ton taxıl ehtiyatı var.
Ötən il Hindistan planlaşdırdığından 5,5 dəfə çox - 6,1 milyon ton taxıl ixrac edib. Bu il bu rəqəmin 4 milyon ton olması nəzərdə tutulub. Hindistan tədarükçüləri taxılın tonunu 300 ABŞ dollarından baha satır.