Mayın 17-si səhər saatlarında Sumı vilayətinin Axtırka yaşayış ərazisi raket hücumuna məruz qalıb, nəticədə 5 nəfər xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Sumı vilayəti Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitskiy teleqram səhifəsində məlumat verib. Onun sözlərinə görə, mülki obyektlərə 5 raket düşüb.
Bundan başqa bu gün səhər saatlarında Çerniqov vilayətinin Desna yaşayış məntəqəsinə də raket düşüb. Bu barədə isə Çerniqov vilayəti Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus özünün teleqram səhifəsində məlumat verib.
Raket hücumu nəticəsində ölən və yaralananlar var.
Qeyd edək ki, Desna Kiyev vilayəti ilə sərhəd ərazidə yerləşir.