Bazar ertəsi buğdanın qiyməti Avropa bazarında mütləq rekord qıraraq bir ton üçün 438,25 avroya çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “France Press” (AFP) agentliyi məlumat yayıb.
“Bu, “Euronext” birjasında mütləq rekorddur. Əvvəlki rekord 2022-ci il martın 7-də buğda ticarətinin hər ton üçün 422,50 səviyyəsində olub”, – deyə Fransanın “Inter-Curtage” broker şirkətinin brokeri Damyen Verkambr qeyd edib.