Finlandiya parlamenti ölkənin NATO-ya üzvlüklə bağlı müraciətini səs çoxluğu ilə dəstəkləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səsvermədə 200 parlament üzvündən 188-i Finlandiyanın NATO-ya üzvlük müraciətini dəstəkləyib, 8 nəfər isə bunun əleyhinə səs verib.
Beləliklə, Finlandiya bundan sonra NATO-ya daxil olmaq üçün bütün rəsmi prosedurlara başlaya bilir.