Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları iyunda keçiriləcək sammitində Ukraynanın müraciətinə baxılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bildirib.
“Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinə Avropa Şurasının iyunda keçiriləcək iclasında baxılacaq”, - deyə Makron bildirib.
O, həmçinin vurğulayıb ki, Ukrayna artıq Avropa ailəsinin bir hissəsidir.