Rusiya hökuməti mayın 18-dən Gürcüstan ilə quru sərhədlərini açıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya vətəndaşları bu gündən Gürcüstan ərazisinə sərbəst daxil ola biləcəklər. Amma bəzi məhdudiyyətlər başqa ölkə vətəndaşları üçün qüvvədə qalır.
Qeyd edək ki, Rusiya hökumətinin 2020-ci il 27 mart tarixli qərarı ilə Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu.