“Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə bağlı başlayan cinayət işi çərçivəsində dindiriləcək”.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Xüsusi işlər üzrə idarənin rəisi Rafel Vardanyan müharibədə itkin düşmüş sayılan hərbçilərin valideynləri ilə görüşdə bildirib.
O, dindirmənin dəqiq tarixini deməyib:
“Bu cinayət işi çərçivəsində Ermənistan Baş Prokurorluğunun tapşırığı yerinə yetiriləcək. Sizin İstintaq Komitəsinin başçısı ilə görüşünüz artıq təyin edilib. Həmin görüş zamanı müddət müzakirə olunacaq”.