Ermənistan hava limanında mina həyəcanı

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanda hava limanının partladılacağı ilə bağlı xəbər yayılıb. Yerli media yazır ki, bu dəqiqələrdə Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə "Zvartnots" Beynəlxalq Hava Limanının ərazisinin minalanması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat katibi Hayk Kostanyanın sözlərinə görə dərhal əraziyə xüsusi qrup göndərilib.

Saat 15:05-də "Zvartnots" hava limanına ərazinin minalanması ilə bağlı elektron poçta mesaj göndərilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu, mühəndis briqadaları, kinoloq və psixoloqları hadisə yerində işləyirlər, - FHN rəsmisi deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: