Rusiya Fransanın 34 diplomatını geri göndərir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Fransa diplomatik nümayəndəliklərinin 34 əməkdaşı iki həftə ərzində ölkəni tərk edəcək.
Fransa səfiri Pyer Levi mayın 18-də Rusiya XİN-ə çağırılıb və bildirilib ki, Fransa tərəfi Rusiyanın 41 diplomatını əsassız olaraq “arzuolunmaz şəxs” elan edib. Rusiya xarici siyasət idarəsi bu addımı iki ölkə arasında münasibətlərə zərbə kimi qiymətləndirib.