“Rusiya hərbçiləri Dnestryanı bölgədən çıxarılmalıdırlar, çünki onların orada olması Moldovanın neytrallığını pozur”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Moldovanın Prezidenti Maya Sandu Avropa Parlamentində çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, rəsmi Kişinev Dnestryanı münaqişənin Moldovanın suverenliyi və ərazi bütövlüyünü nəzərə alacaq dinc siyasi həll yolunu axtarır.