UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünün finalına Budapeşt ev sahibliyi edəcək

A- A A+

UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünün finalına ev sahibliyi edəcək şəhər bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi UEFA-ya istinadla xəbər verir ki, həlledici oyun mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. 2019-cu ildə istifadəyə verilən stadion 65 min azarkeş tutumuna malikdir.

UEFA, həmçinin 2024-cü ildə turnirin final matçının Dublində, növbəti il isə Bilbaoda keçiriləcəyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: