Entoni Blinken: Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib

A- A A+

1990-cı illərdə Rusiya Qərbin təklif etdiyi NATO üzvlüyündən özü imtina edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken bu barədə The Late Show telekanalının aparıcısı Stiven Kolbertə müsahibəsində deyib.

Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığına toxunan Entoni Blinken alyansın müdafiə bloku olduğunu və Rusiyaya qarşı aqressiv niyyətlərinin olmadığını bir daha vurğulayıb.

Bir müddət öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın sabiq prezidenti Bill Klintonun “Atlantic” jurnalında dərc olunan köşə yazısında Moskvanın bir vaxtlar alyansa dəvət edilməsi ilə bağlı iddialarını şərh edib. Mətbuat katibinin sözlərinə görə, ABŞ Rusiyanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü dəfələrlə deyib. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də 2000-ci ildə Bill Klintonun Rusiyanın NATO-ya daxil olması imkanlarına təmkinli reaksiya verdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: