Türkiyədə universitet tələbələrini daşıyan avtobus Niğdə vilayətində, Adana-Niğdə şosesinin Güney kəndi ərazisində aşıb. Mayın 22-də Türkiyə vaxtı ilə saat 4 radələrində qəza törədən avtobus Adana-Konya marşrutu üzrə hərəkət edirmiş.
NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber” telekanalına istinadla xəbər verir ki, nəticədə iki nəfər dünyasını dəyişib, beşi ağır olmaqla 42 nəfər yaralanıb.
Hadisə yerinə polis, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Niğdə, Bor, Ərəğli və Uluqışla xəstəxanalarına çatdırılıblar.