İranda 5,5 bal gücündə zəlzələ olub

A- A A+

Bir neçə saat əvvəl İranın Sistan-Bəlucistan vilayətində 5,5 bal gücündə zəlzələ olub.

NUHÇIXAN İnformasiya Agentliyi Sistan-Bəlucistan vilayətinin Böhranların idarə ediməsi mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, zəlzələ Zahedan şəhəri yaxınlığında yerin 16 kilometr dərinliyində baş verib.

Tehran Universitetinin Qeofizika mərkəzi zəlzələnin baş verməsini təsdiq edib və bildirib ki, zəlzələ episentrindən 320 kilometr aralıda yeləşən Kirman şəhərində də hiss olunub. Titrəyişlərin bu qədər uzaq məsafədə hiss edilməsi zəlzələnin güclü olmasından xəbər verir.

İlkin məlumatlara əsasən, şəxsi evlərə, dövlət binalarına və ictimai iaşə obyektlərinə ziyan dəyib, dağıntılar var. İnsan tələfatı haqqında hələlik məlumat yoxdur.

Dəymiş ziyanı müəyyən etmək üçün vilayətə xüsusi komissiya yola düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: