Rusiya Avropa İttifaqının birləşmiş hərbi qüvvələrinin yaradılmasını dəstəkləmir

A- A A+

Avropa İttifaqının (Aİ) birləşmiş hərbi qüvvələrinin yaradılması qitədə təhlükəsizliyin təminatına kömək etməyəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozef Borrel mayın 22-də Aİ-nin təhlükəsizliyini təmin etmək üçün öz silahlı qüvvələrini yaratmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Avropa İttifaqı müasir birləşmiş silahlı qüvvələr yaratmalıdır.

D.Peskov J.Borrelin Ukraynada münaqişənin döyüş meydanında həll olunmasının vacibliyi barədə dediklərini xatırladaraq qeyd edib ki, Avropanın silahlanması qitədə təhlükəsizliyin və sabitliyin bərqərar olmasına kömək etməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: