Prezident Ərdoğan: Türkiyə olaraq biz milli təhlükəsizliyimizlə bağlı konkret addımların atılmasını istəyirik

A- A A+

Türkiyənin NATO-da oynadığı həyati vacib rol aydın şəkildə ortada olsa da, biz hələ də müttəfiqlərimizlə sanksiyaların ləğvindən danışırıq. İsveçin bizə qarşı tətbiq etdiyi sanksiyaları bir kənara qoya bilmərik. Türkiyə olaraq biz haqlı gözləntilərimizin qarşılanmasını, milli təhlükəsizliyimizlə bağlı konkret addımların atılmasını istəyirik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaelinin Gölcük Gəmiqayırma Zavodunda Hızırreis Sualtı Depolama və Selmanreis Sualtı Qaynağının ilk qaynaq mərasimində çıxışı zamanı ifadə edib.

Ölkənin Milli Sualtı qayığı “MILDEN” üçün hazırlıqların tam sürətlə davam etdiyini deyən ölkə başçısı 2025-ci ildə Gölcük Gəmiqayırma Zavodunda bu dəniz vasitəsinin tikintisinə başlanacağını bildirib.

Bu ildən etibarən ölkəsində hər il sualtı qayıqlardan birinin istifadəyə veriləcəyini açıqlayan Türkiyə Prezidenti deyib: “2027-ci ilə qədər donanmamıza altı sualtı qayıq əlavə edəcəyik. Biz bu nailiyyətlərə əhəmiyyət veririk, lakin onları yetərli hesab etmirik. Dənizlərdə gücümüzü gücləndirəcək sualtı qayıqlarımızın istehsalında əməyi olan hər kəsə təşəkkür edirəm. Müdafiə məhsullarından tutmuş dizaynlara qədər lokallaşdırma nisbətlərimizi ən yüksək səviyyəyə çatdırmağı hədəfləyirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: