Etirazçılar Ermənistan XİN-in binasını əhatəyə almağa çalışır

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinə giriş və çıxışı bloklamaq üçün binanı əhatəyə almağa çalışır.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mediasına istinadla xəbər verir ki, aksiya iştirakçıları səhər saatlarında Xarici İşlər Nazirliyinin yaxınlığındakı hökumət binalarına girişi qısa müddət ərzində bloklamağa nail olub. Hazırda onlar xarici siyasət idarəsinin binasını mühasirəyə almaq istəyirlər.

Aksiyanın təşkilatçılarından biri, respublika parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan polisə effektiv müqavimət göstərə bilmək üçün etirazçıları bir yerə toplaşmağa çağırıb.

Son məlumata görə, XİN binasının önündə polislə müxalifətçilər arasında toqquşma başlayıb. Polis binanın girişini açmağa cəhd göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: