“Rusiya Ukraynada hərbi əməliyyatları tapşırıqlar yerinə yetirilənədək davam etdirəcək”.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin videokonfrans formatında keçirilən görüşündə bildirib.
Onun sözlərinə görə, Qərb KTMT üzvləri arasında müttəfiqlik əlaqələrini pozmağa cəhd göstərir: "Bu isə bizdən birlik və daha koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməyimizi tələb edir. Moskva təhdidlərin neytrallaşdırılması və suverenliyin qorunması üçün müttəfiqlərə yardımı davam etdirəcək”.