Tedros Adhanom Qebreyesus yenidən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru seçildi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb. O, Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyasında bu vəzifəyə yenidən seçilib və yeganə namizəd olub.
Xatırladaq ki, Tedros Adhanom Qebreyesus bu vəzifəyə ilk dəfə 2017-ci ildə seçilib.