Bu gün Ankarada Prezident Kompleksində Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.
Tərəflər Stokholm və Helsinkinin NATO-ya üzv olmaq üçün müraciətlərini müzakirə edəcəklər.
Danışıqlar yerli vaxtla saat 13:00-da başlayacaq. Türkiyə nümayəndə heyətinə prezidentin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edir.
İsveç nümayəndə heyətinə Baş Nazirin Aparatının dövlət katibi Oskar Stenström, Finlandiya nümayəndə heyətinə isə ədliyyə nazirinin müavini Jukka Salovaar rəhbərlik edir.