Rusiyada müqavilə ilə hərbi xidmət üçün yuxarı yaş həddi artırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Federasiya Şurası bu barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 18-50 yaşlarında Rusiya vətəndaşları və əcnəbilər silahlı qüvvələrdə xidmət üçün müqavilə bağlaya bilərlər. Qanun Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda qanunda silahlı qüvvələrdə xidmətlə bağlı ilk müraciət yaşı rusiyalılar üçün 18-45, əcnəbilər üçün isə 18-30 yaşdır. Rusiya Silahlı Qüvvələrində 405 min hərbi qulluqçu müqavilə ilə xidmət edir.