Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 240 uşaq ölüb, 436 uşaq güllə və qəlpə yarası alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Bildirilib ki, Rusiyanın hücumları nəticəsində 676 uşaq müxtəlif dərəcəli xəsarət alıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 883 təhsil müəssisəsinə ziyan dəyib, 178-i isə dağılıb.
Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Qeyd edək ki, ötən gün bu rəqəm 238 nəfər təşkil edirdi.