Yens Stoltenberq: NATO Ukraynanı uzun müddət ərzində dəstəkləməyə hazır olmalıdır

A- A A+

NATO-nun Baş katibi Yens Stoltenberq alyansa üzv ölkələri Ukraynanı uzun müddət ərzində dəstəkləməyə hazır olmağa çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, Yens Stoltenberq bu barədə İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində bildirib.

“NATO-nun birinci vəzifəsi Ukraynaya yardım etməkdir. Müharibələrin nəticələri gözlənilməzdir, onun necə və nə vaxt bitəcəyi heç kimə məlum deyil. Lakin biz uzunmüddətli perspektivdə dəstəyimizi davam etdirməyə hazır olmalıyıq”, - Şimali Atlantika Blokunun baş katibi belə deyib. Onun sözlərinə görə, NATO-nun digər rolu eskalasiyanın qarşısını almaqdır. “Münaqişə NATO ilə Rusiya arasında müharibəyə çevrilərsə, Avropaya daha çox dağıntı və zərər gətirəcək”, - deyə Yens Stoltenberq xəbərdarlıq edib.

O, həmçinin Ukraynada müharibə başlayandan bəri dəniz və hava qüvvələrinin dəstəyi ilə alyansın şərqindəki qoşunların sayının 40 min nəfərə çatdırıldığını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: