"Bu il tarixdə ilk dəfə olaraq Türkiyə, Polşa və Rumıniya prezidentlərinin zirvə toplantısı keçiriləcək".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniya və Polşadan olan həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
M.Çavuşoğlu Türkiyənin Polşa və Rumıniya ilə iqtisadi-ticarət əlaqələrini 10 milyard dollara yüksəltmək istədiyini söyləyib: "Polşa və Rumıniya ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldımaq istəyirik".
Qeyd edək ki, Türkiyə, Rumıniya və Polşa arasında üçtərəfli əməkdaşlıq formatı 10 ildir fəaliyyət göstərir.