Ermənistan parlamentinin müxalifətçi deputatları - Arsvik Minasyan və “Şərəf duyuram” fraksiyasının üzvü Taron Marqaryana qarşı cinayət işi başlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Arsvik Minasyan bildirib.
Minasyanın sözlərinə görə, o, Marqaryanla müxalifətin mitinqlərindən birinin iştirakçılarına pul paylamaqda şübhəli bilinir.
"Mayın 6-da Armavir vilayətində cinayət işi başlanıb. Bizə məlumat verilib ki, guya mən və Taron Marqaryan etirazçılara pul paylayırıq", - Minasyan bildirib.
Deputat qeyd edib ki, ona və həmkarına qarşı açılan cinayət işi uydurmadır.