Ukraynada 28 May - Müstəqillik Günü ilə bağlı bilbordlar yerləşdirilib - FOTOLAR
Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşəbbüsü ilə 28 May - Müstəqillik Günü ilə bağlı maarifləndirici lövhələr yerləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bilbordlar Xarkov-Poltava-Sumı magistral yolunda quraşdırılıb. Həmçinin, bilbordlar Sumı vilayətinin Axtırka şəhərinin ətrafında da yerləşdirilib.