Moldova prezidenti İqor Dodon hökuməti istefaya çağırıb

A- A A+

Moldova prezidenti İqor Dodon parlamentə növbədənkənar seçkilər keçirmək üçün hakim Demokratik partiya tərəfindən formalaşdırılan Pavel Filip hökumətini istefaya çağırıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moldova prezidenti bu barədə nazirlər kabinetində bir gün əvvəl elan olunan yerdəyişmələri şərh edərkən bildirib.

“Mən seçkilərə bir neçə ay qalmış hökumətin heyətində dəyişikliklərin nəyə lazım olduğunu anlamıram. İnsanlar bu hökumətin və parlament çoxluğunun tamamilə getməsini istəyir. Əgər demokratlar həqiqətən vətəndaşları eşitsəydi, parlamenti çoxdan buraxar və növbədənkənar seçkiləri elan edərdilər ki, bu məsələ fevrala qədər uzanmasın”, - İqor Dodon özünün “Facebook” səhifəsində belə yazıb.

“Mən hökumətin tam heyətlə istefaya getməsini, parlament seçkilərinin keçirilməsini və yeni parlament çoxluğunun və yeni hökumətin formalaşmasını gözləyirəm”, - deyə Moldova Prezidenti əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: