Monteneqro Prezidenti Milo Cukanoviç ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, telefon danışığı zamanı Monteneqro-Türkiyə əlaqələri, həmçinin Balkan regionunda və Avropadakı hazırkı vəziyyət müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan Monteneqroda qurulan yeni hökumətin bu ölkədəki mədəniyyətlər arasında yaxşı münasibətləri əks etdirdiyini, eləcə də iki ölkənin əlaqələrinin daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirib.
Monteneqro və Türkiyə prezidentləri Ukraynadakı vəziyyət fonunda Qərbi Balkan ölkələrində sabitliyə təhdidlər, regionda siyasi və sosial-iqtisadi problemlərin həlli istiqamətindəki əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Rəcəb Tayyib Ərdoğan Monteneqro Prezidentini Türkiyəyə rəsmi səfərə dəvət edib.