“Türk Hava Yolları” uçuşlar zamanı maskadan istifadə məcburiyyətini qismən ləğv edib

A- A A+

“Türk Hava Yolları” aviaşirkəti COVİD-19 tədbirləri çərçivəsində tətbiq edilən uçuşlar zamanı maskadan istifadə məcburiyyətini qismən ləğv edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı aviaşirkətdən açıqlama verilib.

Bildirilib ki, Türkiyə daxilində ediləcək uçuşlarda maskadan istifadə məcburiyyəti tamamilə aradan qaldırılıb. Xarici uçuşlarda isə səfər ediləcək ölkələrin aidiyyəti qurumlarının qərarlarına əsasən dəyişiklik olunacaq.

Açıqlamada qeyd edilib ki, məhdudiyyətin ləğv olunmasına baxmayaraq səfərlər zamanı maskadan istifadə etmək istəyən sərnişinlər yanlarında gətirdikləri maskaları taxa biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: