NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iki günlük sammitdə Aİ liderləri Rusiya-Ukrayna gərginliyi, Ukraynaya dəstək, Rusiyaya qarşı yeni sanksiyalar, enerji, ərzaq təhlükəsizliyi və müdafiə kimi mövzuların müzakirəsi nəzərdə tutulur.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin iştirak edəcəyi sammitə Ukrayna Prezidenti Volodimir Zelenski videokonfrans vasitəsilə qoşulacaq. Liderlər Ukraynaya veriləcək humanitar və iqtisadi dəstək, ölkənin yenidən qurulması kimi müxtəlif məsələlərə dair fikir mübadiləsi aparacaqlar. Ukraynanın qısa müddətdə ehtiyac duyduğu maliyyəyə çıxışını təmin etmək üçün Avropa Komissiyasının 9 milyard avroyadək yeni makromaliyyə yardımı təklifi nəzərdən keçiriləcək.
Sammitdə Aİ-nin Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdığı 6-cı sanksiyalar paketi, yüksək enerji qiymətləri, qida təhlükəsizliyi və qitədə müdafiə ilə bağlı məsələlər müzakirə olunacaq.