Almaniyanın “Siemens Mobility” kompaniyası Misir hökuməti ilə ölkənin 60 şəhərini birləşdirən yüksək sürətli dəmir yolu sistemi qurulmasına dair müqavilə imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, kompaniyanın mətbuat xidmətinin məlumatına görə, 8,1 milyard avroluq müqavilə 2 min kilometr uzunluğunda yüksəksürətli dəmir yolları çəkilməsini, qatarların tədarükünü, həmçinin 15 illik texniki xidməti nəzərdə tutur. Müqavilənin reallaşması hesabına Misirdə 40 minədək yeni iş yeri yaradılacaq.
“Siemens” hələ 2021-ci ildə Misirdə ilk dəmiryol xəttinin tikintisinə dair məbləği 2,7 milyard avro olan müqavilə imzalayıb. Layihənin tərəfdaşları Misirin “Orascom Construction” və “The Arab Contractors” şirkətləridir.